GeriHüquqi məlumat

Bonus proqramının qaydaları


1. Qaydalar “Maxim” “Maxim” xidmətinin istənilən istifadəçisinə ünvanlanıb, “Maxim” xidmətinin təklifidir və bonus proqramının bütün şərtlərini ehtiva edir.
2. Qaydalarda istifadə olunan terminlər.
2.1. İştirakçı — “Maxim” mobil tətbiqinin istifadəçisi.
2.2. Yeni iştirakçı — “Maxim” xidmətindən ilk dəfə istifadə edən, əvvəllər “Maxim” xidmətinin promo kodlarını aktivləşdirməyən və mobil tətbiq (mobil tətbiqə bağlı olan telefon nömrəsi) və ya telefon nömrəsi vasitəsi ilə sifariş etməyən istifadəçi.
2.3. İstifadəçi — “Maxim” xidmətinin iş Qaydaları”nda qeyd olunan şərtlərə uyğun olaraq, “Maxim” xidmətinin xidmətlərini sifariş edən fiziki şəxs.
2.4. Promo kod — bonus proqramının iştirakçılarının şəxsi istifadəsi üçün və ya iştirakçılar arasında mübadilə üçün nəzərdə tutulan “Maxim” mobil tətbiqində generasiya edilmiş hərflərdən və rəqəmlərdən ibarət ardıcıllıq. Promo kod onu göndərənin və alanın, təqdim olunan bonusun və “Maxim” xidmətinin aksiyalarında iştirakın identifikatorudur. Yalnız yaradıldığı ölkədə istifadə oluna bilər. Promo kodun aktivləşdirilməsi üçün onu “Maxim” mobil tətbiqində müvafiq sətirə daxil etmək və ya, bu cür imkan reklam materiallarında əks olunubsa, operatora demək lazımdır.
2.5. Bonus manatı — azərbaycan manatında (1 bonus manatı = 1 azərbaycan manatı) hesablanan və, reklam materiallarında və/və ya bu qaydalarda başqa qayda nəzərdə tutulmayıbsa, mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün 10%-dək endirim kimi istifadə oluna bilən şərti vahid. Bonus manatları pul vəsaitlərinə dəyişdirilmir və bu qaydalarla müəyyən olunan məhdud müddət ərzində istifadə oluna bilər.
2.6. Hədiyyə manatı — azərbaycan manatında (1 bonus manatı = 1 azərbaycan manatı) hesablanan, sifariş qiymətinin hədiyyə manatlarının nominalından (miqdarından) artıq olmaması şərtilə, mövcud tariflər üzrə sifarişin ödənilməsi üçün 100%-dək istifadə oluna bilən şərti vahid.
2.7. Şəxsi hesab — “Maxim” mobil tətbiqinin istifadəçisinin “Maxim” xidməti tərəfindən yaradılmış və avans ödənişlərin, və mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün bu ödənişlərdən tutulmuş (silinmiş) pul vəsaitlərinin əks olunduğu virtual hesab.
2.8. Endirim — “Maxim” xidmətinin xidmətlərindən yararlanmaq üçün “Maxim” mobil tətbiqi vasitəsi ilə mövcud tariflər üzrə sifarişlərə dair istifadəçinin sorğusu barədə yerləşdirilən məlumatda qeyd olunan məbləğdə istifadəçiyə verilən endirim.
2.9. Aksiyalar — “Maxim” xidmətinin elan etdiyi müxtəlif reklam və marketinq tədbirləri. Aksiyalarda iştirak çərçivəsində istifadəçilər bu qaydalarla nəzərdə tutulmuş qaydada promo kodlar, endirimlər və digər imtiyazlar qazana bilərlər.
3. Bonus növləri.
3.1. “İlk bonus“. Yeni iştirakçı “Maxim” xidmətinin reklam materiallarından götürdüyü promo kodu “Maxim” mobil tətbiqində daxil edir. Promo kod uğurla aktivləşdirildikdən sonra yeni iştirakçının hesabına, həmin hesaba oturduqdan sonra 90 gün ərzində mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə oluna bilən, məbləği reklam materialında qeyd olunan bonus manatları köçürülür.
3.2. “Yeni bonus“. Yeni iştirakçı və/və ya reklam materiallarında qeyd olunan dövrdə öz telefon nömrəsindən sifariş etməyən və “Maxim” xidmətinin promo kodlarını aktivləşdirməyən İştirakçı “Maxim” xidmətinin reklam materiallarından götürdüyü promo kodu mobil tətbiqdə daxil edir, və ya, bu cür imkan reklam materiallarında nəzərdə tutulubsa, onu operatora deyir. Promo kod uğurla aktivləşdirildikdən sonra bu bənddəki meyarlara uyğun olan Yeni iştirakçının hesabına, həmin hesaba oturduqdan sonra 90 gün ərzində mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə oluna bilən, məbləği reklam materialında qeyd olunan bonus manatları köçürülür.
3.3. “Dostlarına hədiyyə et”. İştirakçı “Maxim” mobil tətbiqində fərdi promo kodunu generasiya edir və onu istənilən mümkün olan üsulla Yeni iştirakçıya ötürür. Promo kod aktivləşdirildikdən sonra Yeni iştirakçı öz mobil cihazındakı mobil tətbiqdə 10 bonus manatı alacaq. İştirakçı onun fərdi promo kodunun Yeni iştirakçılar tərəfindən hər uğurlu aktivləşdirilməsinə görə 10 bonus manatı alır, o şərtlə ki, yeni iştirakçılar aktivləşdirmə anından 90 gün ərzində “Maxim” mobil tətbiqi vasitəsi ilə ən azı 3 səfər etsin. Bonus manatları iştirakçıların şəxsi hesablarına köçürülür və hesaba oturduqdan sonra 90 gün ərzində mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə olun bilər
3.4. “Aksiya promo kodu”. İştirakçı “Maxim” xidmətinin aksiyasında iştirak etmək üçün promo kod alır. Promo kod aktivləşdirildikdən sonra o, aksiya iştirakçısı olur. Aktivasiyaya görə bonus manatları verilmir. Promo kodun istifadə müddəti və aktivləşdirilməsi qaydası və həmçinin aksiyanın keçirilməsi qaydası və müddəti barədə məlumat “Maxim” mobil tətbiqinin istifadəçisinə əlavə olaraq elan olunacaq.
3.5. “Mükafat promo kodu”. “Maxim” mobil tətbiqinin istifadəçisi “Maxim” xidmətinin aksiyasında iştirak etdiyi üçün mükafat qismində promo kod alır. Promo kod aktivləşdirildikdən sonra bonus manatları istifadəçinin şəxsi hesabına köçürülür və mövcud tariflər üzrə sifarişlərin ödənilməsi üçün istifadə olun bilər. Promo kodun azərbaycan manatında nominalı və onun istifadə müddəti aksiyanın şərtləri ilə müəyyən edilir.
3.6. “Hədiyyə promo kodu”. “Maxim” mobil tətbiqinin istifadəçisi (mobil tətbiqdə bu cür funksional olduqda) “Hədiyyə promo kodunu yaratmaq” düyməsinin köməyi ilə promo kodu generasiya edir və onun nominalını özü bonus azərbaycan manatları ilə qeyd edir. Bonus manatlarının məbləğinə azərbaycan manatları ilə ifadə olunan ekvivalent pul vəsaitləri şəxsi hesabdan və ya əlavə edilmiş bank kartından silinir. İstifadəçi öz promo kodunu istənilən mümkün olan üsulla həmin promo kodu aktivləşdirə bilən iştirakçıya ötürür. Aktivasiyadan sonra hədiyyə promo kodunun nominalını təşkil edən bonus manatları alanın şəxsi hesabına köçürülür.
4. Promo kodların, bonus və hədiyyə manatların əlavə istifadə şərtləri “Maxim” xidmətinin reklam materiallarında yazıla bilər.
5. “Maxim” xidməti bonus proqramının qaydaları, müddəti, şərtləri haqqında “Maxim” mobil tətbiqində və taximaxim.com/app saytında məlumat verir.