GeriMəxfilik siyasəti
GeriMəxfilik siyasəti

Müştəri üçün məxfilik siyasəti


Bu siyasət “Maxim” xidməti (bundan sonra - Xidmət) tərəfindən avtomatlaşdırma vasitələri istifadə olunmaqla Internet vasitəsi ilə fərdi və digər fərdi məlumatlarının toplanılması və işlənilməsi qaydasını tənzimləyir.

Ümumi müddəalar 
1. Bu siyasət çərçivəsində aşağıdakı terminlərdən istifadə olunur:
1.1.  Fərdi məlumatlar — müəyyən və ya müəyyənləşdirilən fiziki şəxsə (fərdi məlumatların subyektinə) birbaşa və ya dolayısı ilə aid olan istənilən məlumat.
1.2.  Xidmət — fərdi məlumatların işlənilməsini təşkil edən və (və ya) onu müstəqil şəkildə həyata keçirən, və həmçinin fərdi məlumatların işlənilməsi məqsədlərini, işlənilməsi zəruri olan fərdi məlumatların tərkibini, fərdi məlumatlarla edilən hərəkətləri (əməliyyatları) müəyyən edən şəxs.
1.3.  Sayt — Xidmət tərəfindən Sifarişçilərə xidmətlərin göstərilməsi üçün istifadə olunan elektron hesablama maşınları üçün proqramların və, ona daxil olmaq imkanını, saytları İnternet şəbəkəsində eyniləşdirmək imkanını verən domen adları və (və ya) şəbəkə adları üzrə İnternet şəbəkəsində təmin edən, informasiya sistemində saxlanılan digər məlumatların, məcmusu. Saytın ünvanları: https://taximaxim.azhttps://taximaxim.com.
1.4.  Mobil əlavə — “Maxim: taksi sifarişi” elektron hesablama maşınları üçün iOS, Android, Windows Phone əməliyyat sistemləri üzərində Sifarişçinin cihazına quraşdırılan, Xidmətin proqram-aparatına inteqrasiya edilmiş və xidmətlərin göstərilməsi üçün sifarişlərin yaradılması prosesini avtomatlaşdırmağa imkan verən proqram.
1.5.  Xidmətlər — sifarişin qəbuluna, işlənilməsinə və Sifarişçinin sifarişini Partnyora ötürülməsinə və Sifarişçini sifarişin yerinə yetirildiyi barədə məlumatlandırmağa yönələn Xidmət tərəfindən Sifarişçiyə göstərilən məlumat xidmətləri. Xidmətlərin göstərilməsi qaydası və predmeti saytda yerləşdirilən ümumi ofertanın şərtləri ilə müəyyənləşdirilib.
1.6.  Sifarişçi — sayt, mobil əlavə və ya Xidmətin abunə telefon nömrəsinə zəng etməklə sifariş edən və bu məqsədlərlə öz fərdi məlumatlarını təqdim edən fiziki şəxs.
1.7.  Partnyor — Sifarişçiyə müstəqil şəkildə, öz gücünə sərnişin və baqaj daşımaları, yüklərin daşınması xidmətlərini göstərən şəxs.  Bununla belə Xidmət nəqliyyat təşkilatı deyil və müstəqil şəkildə Sifarişçiyə hər hansısa nəqliyyat xidmətlərini göstərmir.
1.8.  Sifariş — Partnyorlar tərəfindən nəqliyyat xidmətlərinin göstərilməsinə dair Sifarişçi tərəfindən yaradılan sorğu.
1.9.  Fərdi məlumatların işlənilməsi — avtomatlaşdırma vasitələrinin istifadəsi ilə və ya belə vasitələrdən istifadə etmədən, fərdi məlumatlarla edilən, o cümlədən fərdi məlumatların toplanılması, sistemləşdirilməsi, yazılması, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə olunması), adsızlaşdırılması, bloka salınması, silinməsi, məhv edilməsi daxil olmaqla, istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu.
1.10. Fərdi məlumatların avtomatlaşdırılmış işlənilməsi — fərdi məlumatların hesablama texnikası vasitələrinin köməyi ilə işlənilməsi.
1.11. Fərdi məlumatların verilməsi— müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə fərdi məlumatların açıqlanmasına yönələn hərəkətlər.
1.12. Fərdi məlumatların bloka salınması — fərdi məlumatların işlənilməsinin müvəqqəti dayandırılması (işlənilmə fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım hallar istisna olmaqla).
1.13. Fərdi məlumatların məhv edilməsi — fərdi məlumatların informasiya sistemində fərdi məlumatların məzmunu bərpa etmək imkanını mümkünsüz edən və (və ya) fərdi məlumatların daşıyıcılarının məhv olunması ilə nəticələnən hərəkətlər.
1.14. Fərdi məlumatların informasiya sistemi — məlumatlar toplusunda saxlanılan fərdi məlumatların və onların işlənilməsini təmin edən informasiya texnologiyaların və texniki vasitələrin məcmusu.
1.15. Cookie  faylları — sayt tərəfindən göndərilən və Sifarişçinin daxil olduğu kompüterdə, mobil telefonda və ya digər qurğuda saxlanılan və Sifarişçinin saytdakı hərəkətləri barədə məlumatların yadda saxlanılması üçün tədbiq edilən məlumatlar fraqmentləri.
1.16. Cihazın identifikatoru — Sifarişçinin mobil əlavəni quraşdırdığı cihazı eyniləşdirmək imkanını verən və cihazın özü tərəfindən təqdim edilən və ya mobil əlavə ilə hesablanan unikal məlumatlar.
2. Sayt, mobil əlavə və ya Xidmətin abunə telefon nömrəsinə zəng etməklə xidmətlərin sifariş edilməsi Sifarişçinin bu siyasətin şərtləri ilə, o cümlədən Xidmət tərəfindən öz fərdi məlumatlarının işlənilməsinə, qüvvədə olan qanunvericiliyin müddəaları ilə bu cür razılıq tələb olunduqda, razı olması deməkdir.

Fərdi məlumatlar 
3. Fərdi məlumatlar işlənilərkən Sifarişçinin hüquqları:
3.1.  Onun fərdi məlumatlarının işlənilməsinə aid olan məlumatı almaq, o cümlədən:
3.1.1. Fərdi məlumatlarının işlənilməsi faktının təsdiq edilməsi;
3.1.2. Fərdi məlumatlarının işlənilməsinin hüquqi əsasları və məqsədləri;
3.1.3. Fərdi məlumatlarının işlənilməsində tədbiq edilən üsullar və məqsədlər;
3.1.4. Fərdi məlumatlarının işlənilməsini həyata keçirən şəxsin adı və olduğu yer barədə məlumatlar, fərdi məlumatları istifadə edə bilən şəxslər barədə (Xidmətin işçiləri istisna olmaqla) və ya Xidmətlə müqavilə əsasında və ya qüvvədə olan qanunvericilik əsasında onlara fərdi məlumatlar açıqlana bilən şəxslər barədə məlumatlar;
3.1.5. Müvafiq fərdi məlumatlar subyektinə aid olan işlənilən fərdi məlumatlar, onların alınma mənbəyi, əgər qüvvədə olan qanunvericiliklə bu cür məlumatların təqdim edilməsinə dair başqa qayda nəzərdə tutulmayıbsa;
3.1.6. Fərdi məlumatların işlənilməsi, o cümlədən oların saxlanılması müddətləri;
3.1.7. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqların Sifarişçi tərəfindən həyata keçirilməsi qaydası;
3.1.8. Məlumatların həyata keçirilən və ya ehtimal edilən transsərhəd ötürülməsi barədə məlumat;
3.1.9. Xidmətin tapşırığı əsasında fərdi məlumatların işlənilməsini həyata keçirən şəxsin adını və ya soyadını, adını, atasının adını və ünvanını, əgər işlənilmə bu cür şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa;
3.1.10. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.
3.2.  Əgər fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz əldə edilmiş və ya işlənilmənin elan edilmiş məqsədləri üçün lazımi deyillərsə, Xidmətidən onun fərdi məlumatlarının dəqiqləşdirilməsini, bloka salınmasını və ya ləğv edilməsini tələb etmək, və həmçinin öz hüquqlarını qorumaq üçün qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək.
3.3.  Əgər Sifarişçi hesab edir ki, onun fərdi məlumatların işlənilməsi Xidmət tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilir və ya onun hüquq və azadlıqları digər yolla pozulursa, Xidmətin hərəkət və hərəkətsizliyindən fərdi məlumatlar subyektlərinin hüquqlarını qoruyan səlahiyyətli orqana və ya məhkəmə qaydasında şikayət vermək.
3.4.  Öz hüquq və qanuni azadlıqlarını, o cümlədən zərərin əvəzinin ödənilməsi və (və ya) mənəvi zərərin ödənilməsi hüquqlarını məhkəmə qaydasında müdafiə etmək.
4. Fərdi məlumatlar işlənilərkən Xidmətin öhdəlikləri:
4.1.  Sifarişçinin xahişi ilə ona aşağıdakı məlumatı təqdim etmək:
4.1.1. Fərdi məlumatlarının işlənilməsi faktının təsdiq edilməsi;
4.1.2. Fərdi məlumatlarının işlənilməsinin hüquqi əsasları və məqsədləri;
4.1.3. Fərdi məlumatlarının işlənilməsində tədbiq edilən üsullar və məqsədlər;
4.1.4. Öz adını və olduğu yer barədə məlumatları, fərdi məlumatları istifadə edə bilən şəxslər barədə (işçilər istisna olmaqla) və ya müqavilə əsasında və ya qanun əsasında onlara fərdi məlumatlar açıqlana bilən şəxslər barədə məlumatlar;
4.1.5. Sifarişçinin işlənilən fərdi məlumatlarını, onların əldə etmə mənbəyini, əgər qüvvədə olan qanunvericiliklə bu cür məlumatların təqdim edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa;
4.1.6. Fərdi məlumatların işlənilməsi, o cümlədən onların saxlanılması müddətləri;
4.1.7. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqların Sifarişçi tərəfindən həyata keçirilməsi;
4.1.8. Məlumatların həyata keçirilən və ya ehtimal edilən transsərhəd ötürülməsi barədə məlumat;
4.1.9. Xidmətin tapşırığı əsasında fərdi məlumatların işlənilməsini həyata keçirən şəxsin adını və ya soyadını, adını, atasının adını və ünvanını, əgər işlənilmə bu cür şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa;
4.1.10. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.
4.2.  Sifarişçinin fərdi məlumatlarının icazəsiz istifadə olunmasının qarşısını almaq üçün tədbirlərin görülməsini təmin etmək.
4.3.  Fərdi məlumatların işlənilməsinə münasibətdə siyasəti müəyyən edən sənədi dərc etmək və ya digər yolla ondan, və həmçinin fərdi məlumatların qorunmasına dair həyata keçirilən tələblər barədə məlumatlara, məhdudiyyətsiz istifadə etmək imkanını təmin etmək.
5. Sifarişçinin fərdi məlumatlarının toplanılması və işlənilməsinin məqsədi Xidmət ilə Sifarişçinin arasında Sifarişçiyə xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanılmasıdır.
6. Sifarişçinin fərdi məlumatları elektron daşıyıcılarda saxlanılır və, fərdi məlumatların avtomatlaşdırılmış işlənilmə sistemlərindən istifadə olunmaqla, işlənilir.
7. Xidmət Sifarişçinin aşağıdakı fərdi məlumatlarını toplayır və üzərində işləyir:
7.1.  Soyad, ad, atasının adı;
7.2.  Doğum tarixi;
7.3.  Abunə telefon nömrəsi;
7.4.  Olduğu yerin ünvanı;
7.5.  Elektron poçt ünvanı.
8. Aşağıdakı fərdi məlumatları Sifarişçi Xidmətə öz mülahizəsinə görə təqdim edə bilər, və həmçinin öz mülahizəsinə görə onları dəyişə və (və ya) silə bilər:
8.1.  Soyad, ad, atasının adı;
8.2.  Doğum tarixi;
8.3.  Olduğu yerin ünvanı;
8.4.  Elektron poçt ünvanı.
9. Sifarişçinin fərdi məlumatları Xidmət tərəfindən aşağıdakı hallarda məhv olunur:
9.1.  Xidmətlərin göstərilməsinin bitməsi anından üç il keçdikdə;
9.2.  Sifarişçi onun fərdi məlumatlarının işlənilməsinə dair razılığı geri çəkdikdə. 
10. Sifarişçinin fərdi məlumatlarının məhv olunması onları sonradan bərpa etmək imkanı olmadan həyata keçirilir.
11. Sifarişçilərin fərdi məlumatlarından yalnız Xidmətlərin göstərilməsinə bilavasitə aidiyyatı olan şəxslər istifadə edə bilər. Digər hallarda Xidmət Sifarişçinin fərdi məlumatlarını yaymır, və, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, səlahiyyətli dövlət orqanlarının sorğularına əsasən fərdi məlumatların təqdim edilməsi halları istisna olmaqla, Sifarişçinin ilkin razılığı olmadan, onları üçüncü şəxslərə vermir.
12. Partnyorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxılaşdırılması, o cümlədən Sifariş Partnyor tərəfindən yerinə yetirilən zaman Sifarişçinin olduğu yerin müəyyən edilməsi üçün, və həmçinin unudulmuş əşyaların Partnyorun avtomobilində qaldığı təqdirdə, Xidmətin Sifarişçinin abunə telefon nömrəsini Partnyora vermək hüququ var.
13. Sifarişçinin fərdi məlumatlarından icazəsiz istifadə olunmasının qarşısını almaq üçün Xidmət aşağıdakı tədbirlər görür:
13.1. Fərdi məlumatların işlənilməsinin təşkil olunmasına cavabdeh olan işçiləri təyin edir;
13.2. Sifarişçinin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün təşkilati və texniki tədbirlər görür, yəni:
13.2.1. Fərdi məlumatlar fərdi məlumatların informasiya sistemlərində işlənilən zaman onların təhlükəsizliyinə ola bilən təhlükələri müəyyən edir;
13.2.2. Otaqlara daxil olma hüququna malik olmayan şəxslərin, bü cür otaqlara idarə olunmayan daxil olmaqlarının və qalmaqlarının qarşısı alan, informasiya sistemi yerləşdirilən otaqların təhlükəsizlik təmin edilməsi rejimini təşkil edir;
13.2.3. Fərdi məlumatlar daşıyıcılarının qorunmasını təmin edir;
13.2.4. Xidməti (əmək) vəzifələrinin yerinə yetirilməsi üçün fərdi məlumatları istifadə etmək hüququna malik şəxslərin siyahısını təsdiq edir;
13.2.5. Fərdi məlumatların icazəsiz istifadə olunmasının qarşısını almaq üçün lazım olan informasiya müdafiəsi vasitələrindən istifadə edir;
13.2.6. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlərin effektivliyini qiymətləndirir;
13.2.7. Fərdi məlumatların icazəsiz istifadə olunması faktlarının aşkar olunmasını və tədbirlərin görülməsini təmin edir;
13.2.8. İcazəsiz istifadə olunma nəticəsində modifikasiya və ya məhv edilmiş fərdi məlumatları bərpa edir (əgər bü cür bərpa texniki cəhətdən mümkündürsə);
13.2.9. Fərdi məlumatların informasiya sistemində işlənilən fərdi məlumatların istifadə olunması üçün daxilolma qaydalarını müəyyən edir;
13.2.10. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlərə və fərdi məlumatların informasiya sistemlərinin müdafiə olunma səviyyəsinə nəzarət edir.
14. Əgər fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz əldə edilmiş və ya işlənilmənin elan edilmiş məqsədləri üçün lazımi deyillərsə, Sifarişçi Xidmətdən öz fərdi məlumatlarının dəqiqləşdirilməsini (aktuallaşdırılmasını), bloka salınmasını və ya məhv olunmasını tələb edə bilər, və həmçinin fərdi məlumatların işlənilməsinə öz razılığını, Xidmətə müvafiq sorğunu və (və ya) tələbi yazılı surətdə bildirişli sifarişli poçt göndərişi ilə və yaxud Xidmətin olduğu yer üzrə onu şəxsən təqdim etməklə, geri çəkə bilər. Xidmətin olduğu yerin ünvanı saytın müvafiq bölməsində göstərilib. Qeyd edilən sorğuda/tələbdə Sifarişçinin şəxsiyyətini təsdiq edən əsas sənədin nömrəsi, qeyd edilən sənədin verilmə tarixi və verən orqan haqqında məlumatlar, Sifarişçinin yaşayış ünvanı, Sifarişçinin və Xidmət ilə münasibətlərdə iştirakını təsdiq edən məlumatlar (müqavilənin nömrəsi, müqavilənin bağlanma tarixi, şərti söz işarəsi və (və ya) digər məlumatlar), və ya fərdi məlumatların işlənilməsi faktını başqa cür təsdiq edən məlumatlar, fərdi məlumatların dəqiqləşdirilməsi, bloka salınması və ya məhv olunması tələbi və ya fərdi məlumatların işlənilməsinə dair razılığın geri çəkilməsi barədə bildiriş, Sifarişçinin və ya onun nümayəndəsinin imzası. Xidmət Sifarişçinin sorğusunu/tələbini aldığı gündən 30 təqvim günü ərzində ona mahiyyəti üzrə əsaslandırılmış cavab verməlidir.

Geolokasiya məlumatları
15. Xidmət mobil əlavə vasitəsi ilə Sifarişçinin olduğu yer barədə məlumatlar (geolokasiya məlumatları) əldə edir. Geolokasiya məlumatları Xidmətə yalnız mobil əlavədən istifadə olunan zaman verilir. Sifarişçi öz mülahizəsinə görə geolokasiya məlumatlarının verilməsinə, öz mobil cihazında müvafiq ayarları dəyişməklə, qadağa qoya bilər.
16. Sifarişin yerinə yetirilməsi məqsədi ilə Xidmət Sifarişçinin geolokasiya məlumatlarını sifarişi qəbul edən Partnorlara verir.

Ödəniş məlumatları
17. Partnyorlar tərəfindən göstərilən nəqliyyat xidmətlərindən nağdsız ödənişlə bank kartlarından istifadə etməklə yararlanmaq üçün Sifarişçi bank kartını öz abunə telefon nömrəsinə bağlaya bilər. Bank kartının bağlanılması Sifarişçi tərəfindən müstəqil şəkildə, mobil əlavədə aşağıdakı məlumatları göstərməklə, həyata keçirilir:
17.1. Bank kartının nömrəsi;
17.2. Bank kartının istifadə müddəti;
17.3. Bank kartının sahibinin adı və soyadı;
17.4. Bank kartının qoruyucu kodu.
18. Bank kartlarından istifadə etməklə nağdsız ödəniş beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq ödənişin məxfi və təhlükəsiz həyata keçirilməsi prinsiplərinə riayət olunmaqla həyata keçirilir. Sifarişçi tərəfindən təqdim olunan məlumatların təhlükəsizliyi prosedurların ödəniş kartları sənayesi məlumatlarının təhlükəsizlik standartlarının tələblərinə uyğun olaraq təmin edilir (Payment Card Industry Data Security Standard), və, Xidmət daxil olmaqla, heç kim onları ala bilməz. Bank kartının məlumatlarının daxil edilməsi ödənişlərin nağdsız həyata keçirilməsi imkanını təmin edən bank-ekvayerin qorunan ödəniş səhifəsində həyata keçirilir.

Cookie faylları
19. Xidmət aşağıda göstərilən tipli cookie fayllarından istifadə edə bilər:
19.1. Ciddi zəruri cookie-lər. Saytda yer dəyişmə və tələb edilən xidmətlərdən istifadə etmək üçün lazımdır. Bu tipli cookie faylları Sifarişçi qeydiyyatdan keçərkən və sistemə daxil olarkən tədbiq olunur. Onlarsız Sifarişçi tərəfindən tələb edilən xidmətlərdən istifadə etmək mümkün deyil. Bu cookie faylları əsas sayılır və həm daimi, həm də müvəqqəti sayılır. Başqa sözlə, bu cookie fayllarsız bizim saytlar lazımi qaydada işləmir.
19.2. İstismar cookie-ləri. Onlar saytdan istifadə olunma barədə məlumatlar toplayır. Bu fayllar konkret Sifarişçinin şəxsi məlumatlarını almır. Bu cookie faylları ilə yığılmış bütün məlumatlar statistik xarakter daşıyır və anonimdir. Bu cookie-lərin istifadəsi məqsədləri:
19.2.1. Saytlardan istifadə statistikasının alınması;
19.2.2. Reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi.
Bu cookie faylları daimi və müvəqqəti olur, bə həm əsas, həm də kənar cookie-lərə aid ola bilər.
19.3. Funksional cookie-lər. Onlar Sifarişçi tərəfindən təqdim edilən məlumatın (məsələn, ad, dil və yaşayış ölkəsi) yadda saxlanılması üçün istifadə olunur. Bu fayllar şəxsiyyətsizləşdirilən məlumatdan istifadə edir və Sifarişçinin digər saytlardakı hərəkətlərini izləmir. Bu cookie-lərin istifadəsi məqsədləri:
19.3.1. Əvvəl Sifarişçiyə hansısa xidmətin göstərilib-göstərilməməsi barədə məlumatların yadda saxlanılması;
19.3.2. Sifarişçi tərəfindən seçilmiş üstünlüklərin yadda saxlanılması yolu ilə saytla ümumilikdə qarşılıqlı fəaliyyətin keyfiyyətinin artırılması.
Bu cookie faylları daimi və müvəqqəti olur, bə həm əsas, həm də kənar cookie-lərə aid ola bilər.
19.4. Relam cookie-ləri. Onlar saytdakı reklam materialların idarə edilməsi, istifadəçi tərəfindən reklam materiallarının baxılmalarının sayını məhdudlaşdırması, və həmçinin reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi üçün tədbiq olunur. Relam cookie-ləri üçüncü şəxslər tərəfindən yerləşdirilir — məsələn, reklam verənlər və onların agentləri tərəfindən. Bu fayllar kənar şirkətlər tərəfindən təqdim edilən saytdakı reklam ilə bağlıdır. Onlar həm daimi həm də və müvəqqəti ola bilər.
20. Cookie fayllarını bloka salmaq və ya silmək, və həmçinin onların işinin məhdudlaşdırılmaq Sifarişçi tərəfindən istifadə olunan brauzerin ayarlarında mümkündür.

Cihazın identifikatoru
21. Cihazın identifikatoru haqqında toplanılan məlumatlar Sifarişçinin fərdi məlumatlarını ehtiva etmir.
22. Cihazın identifikatoru haqqında məlumatların toplanılmasının məqsədi mobil əlavənin istifadəçilərinin daxili uçotudur.

Mobil rabitə operatoru haqqında məlumatlar

23. Xidmət mobil əlavə vasitəsi ilə, Sifarişçiyə hərəkətli telefon rabitə (mobil rabitə) xidmətlərini göstərən operator barəsində məlumatlar əldə edir.
24. Mobil rabitə operatoru haqqında toplanılan məlumatlar Sifarişçinin fərdi məlumatlarını ehtiva etmir.
25. Mobil rabitə operatoru haqqında məlumatların toplanılmasının məqsədi mobil əlavənin ayarlarında Sifarişçinin olduğu ölkə və mobil əlavənin intefeysinin dili haqqında məlumatların avtomatik quraşdırılmasıdır.

Sifarişlər tarixi
26. Xidmət Sifarişçinin sifarişlərinin tarixçəsini, yəni sifarişin yerinə yetirilməsinin başlama vaxtını, avtomobilin verilmə yerinin ünvanını, aralıq və son marşrut ünvalarını, tədbiq edilən tarifi, ödəniş üsulunu və Sifariş yaradılarkən göstərilən digər məlumatları yadda saxlayır.
27. Sifarişlər tarixi barədə məlumatın toplanılmasının məqsədi, əvvəlcə təqdim edilən məlumatlardan istifadə etməklə, sifariş parametrlərinin avtomatik doldurulması yolu ilə sifarişin yaradılma müddətini qısaltmağa imkan verir və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır.